AZ

"Barselona""nın futbolçusu 3 həftə oynamayacaq

style='margin-bottom:10px;'>

"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes zədələnib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Fermin Lopes  La Liqanın 5-ci turunda, "Xetafe" ilə oyunda (3:0) zədələnib. O, 60-cı dəqiqədə meydana daxil olub və matçın son dəqiqəsində sol ayağından zədə alıb.

Qeyd edək ki, F.Lopes bu mövsüm "Barselona"nın heyətində 5 matçda iştirak edib və 2 qol vurub.

Seçilən
7
2
teleqraf.com

3Mənbələr