"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes zədələnib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Fermin Lopes La Liqanın 5-ci turunda, "Xetafe" ilə oyunda (3:0) zədələnib. O, 60-cı dəqiqədə meydana daxil olub və matçın son dəqiqəsində sol ayağından zədə alıb.
Qeyd edək ki, F.Lopes bu mövsüm "Barselona"nın heyətində 5 matçda iştirak edib və 2 qol vurub.