AZ

Region müəllimləri üçün inklüziv və adaptiv təhsil üzrə peşəkar inkişaf təlimi təşkil olunub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 sentyabr, AZƏRTAC

Bakı Slavyan Universiteti (BSU) və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə region üzrə ümumtəhsil müəssisələrinin direktorları, müəllimləri və korreksion pedaqoqları üçün “İnklüziv və adaptiv təhsil” mövzusunda peşəkar inkişaf təlim proqramı təşkil olunub.

BSU-dan AZƏRTAC-a bildirilib ki, 30-dan artıq iştirakçının qatıldığı təlimin əvvəlində inklüziv və adaptiv təhsil üzrə mövcud ehtiyacların müəyyənləşdirilməsi məqsədilə diaqnostik sorğular keçirilib. Daha sonra müasir təhsil sistemində inklüziv və adaptiv yanaşmalar, disleksiya ilə bağlı nəzəri və praktik biliklər, həmçinin təhsil mühitində əməkdaşlıq mexanizmləri mövzularında təqdimatlar edilib. Sessiyalar müxtəlif tapşırıqlarla müşayiət olunub ki, bu da iştirakçıların öyrənmə prosesinə fəal cəlb edilməsinə şərait yaradıb.

Təlimin sonunda keçirilən sorğuların nəticələri əsasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub və bu sahədə birgə fəaliyyətin vacibliyi vurğulanıb.

BSU-nun təşkil etdiyi bu proqram inklüziv və adaptiv təhsilin regionlarda inkişafına, müəllimlərin peşəkar bacarıqlarının artırılmasına və məktəblərdə bərabər təhsil imkanlarının təmin olunmasına töhfə verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azertag.az

2Mənbələr