AZ

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı 99% i fiziki şəxslər olan 601 investor!

Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bank of Baku istiqrazları Bakı Fond Birjasında Əsas Bazar Listinq seqmentinə daxil edilib.

Bankın yaydığı məlumatda bildirilir ki, Bankın 8-19 sentyabrda abunə yazılışı baş tutan 20 milyon manatlıq istiqrazlarına 601 investor tərəfindən 682 sifariş yerləşdirilib. Sifarişlərin ümumi həcmi isə 23 milyon 433 min 100 manat olub.

Qeyd edək ki, investorların 99%-ni fiziki şəxslər təşkil edib. Bu isə kapital bazarına artan marağın və emitentə olan güvənin göstəricisidir. 

AZ2010005364 İSİN kodlu istiqrazların yerləşdirilməsi 23 sentyabr tarixində həyata keçirilib.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın  3.18  bəndinin tələblərinə cavab verdiyindən, Bank of Baku istiqrazları Əsas Bazar Listinq seqmentinə alınıb.

İstiqrazlar barədə digər məlumatlar aşağıda göstərilmişdir:

İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması: Kütləvi / Abunə Yazılışı

İstiqrazların sayı: 200 000 (ədəd)

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi: 20 000 000 AZN

İllik gəlir faizi: 13%

Ödəmə periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir

Tədavül müddəti: 18 ay

Qeyd edək ki, Bank of Baku-nun istiqrazlarının təkrar bazarda rəsmi market meykeri “ABB İnvest İnvestisiya Şirkəti”dir. Bu isə o deməkdir ki, investorlar əldə etdikləri istiqrazları tədavül müddəti başa çatmadan istənilən vaxt “ABB-İnvest”ə sata biləcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
8
marja.az

9Mənbələr