“Bank of Baku” istiqrazları Bakı Fond Birjasında Əsas Bazar Listinq seqmentinə alınıb. Belə ki, Bankın 8-19 sentyabrda abunə yazılışı baş tutan 20 milyon manatlıq istiqrazlarına 601 investor tərəfindən 682 sifariş yerləşdirilib. Sifarişlərin ümumi həcmi isə 23,433,100 manat olub.
Qeyd edək ki, investorların 99%-ni fiziki şəxslər təşkil edib. Bu isə kapital bazarına artan marağın və emitentə olan güvənin göstəricisidir.
AZ2010005364 İSİN kodlu istiqrazların yerləşdirilməsi 23 sentyabr tarixində həyata keçirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 3.18 bəndinin tələblərinə cavab verdiyindən, “Bank of Baku” istiqrazları Əsas Bazar Listinq seqmentinə alınıb.
İstiqrazlar barədə digər məlumatlar aşağıda göstərilmişdir:
İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması: Kütləvi / Abunə Yazılışı
İstiqrazların sayı: 200,000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 20,000,000 AZN
İllik gəlir faizi: 13%
Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir
Tədavül müddəti: 18 ay
Qeyd edək ki, “Bank of Baku”nun istiqrazlarının təkrar bazarda rəsmi market meykeri “ABB İnvest İnvestisiya Şirkəti”dir. Bu isə o deməkdir ki, investorlar əldə etdikləri istiqrazları tədavül müddəti başa çatmadan istənilən vaxt “ABB-İnvest”ə sata biləcəklər.
“Bank of Baku”nun məhsul və kampaniyaları haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, “Bank of Baku”nun rəsmi veb səhifəsi – www.bankofbaku.com və ya rəsmi feysbuk səhifəsinə – www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq mümkündür.
9Mənbələr
-
azertag.az® “Bank of Baku” istiqrazları yüksək tələbatla satıldı - 601 investor ( 21661264)
-
azertag.az® “Bank of Baku” istiqrazları yüskək təlabatla satıldı - 601 investor ( 21661081)
-
banco.azBank of Baku istiqrazları yüskək təlabatla satıldı - 601 investor ( 21661027)
-
apa.azBank of Baku istiqrazları yüskək təlabatla satıldı - 601 investor ( 21660877)
-
demokrat.az“Bank of Baku” istiqrazları yüksək tələbatla satıldı — 601 investor ( 21660163)
-
unikal.azBank of Baku istiqrazları yüskək tələbatla satıldı – 601 investor ( 21658690)
-
marja.azBank of Baku istiqrazları yüskək tələbatla satıldı 99% i fiziki şəxslər olan 601 investor! ( 21657493)
-
marja.azBank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor! ( 21657475)
-
fins.azBank of Baku istiqrazları yüskək tələbatla satıldı – 601 investor ( 21661159)