AZ

Zelenskinin Putinə təklifi: Mən görüşməyə hazıram

Ukrayna prezidenti Vladimir Zelenski müharibəni bitirmək üçün Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib.

Zelenski öz Telegram hesabında Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında iştirak etdiyi Nyu Yorkda İsveçrə Konfederasiyasının prezidenti Karin Keller-Sutter ilə görüşdüyünü bildirib.

Zelenski ikitərəfli görüş zamanı müharibəyə son qoymaq üçün lazımi addımları müzakirə etdiklərini açıqlayıb və əlavə edib:

"Rusiya tərəfi ilə rəhbərlik səviyyəsində görüş keçirməyə hazıram. Biz İsveçrənin belə bir görüşə ev sahibliyi etmək istəyini yüksək qiymətləndiririk. Bununla belə, Rusiyanın indiyədək müharibəni bitirmək istədiyini nümayiş etdirmək üçün heç bir addım atılmadığını görürük".

Seçilən
3
1
kommersant.az

2Mənbələr