AZ

Zelenskidən Putinə mesaj “Liderlər səviyyəsində görüşə hazıram”

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna prezidenti Vladimir Zelenski müharibəni bitirmək üçün Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib.

525.az xəbər verir ki, Zelenski teleqram hesabında etdiyi paylaşımda Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyasında İsveçrə Konfederasiyasının prezidenti Karin Keller-Sutter ilə görüşdüyünü bildirib.

O qeyd edib ki, ikitərəfli görüş zamanı müharibəyə son qoymaq üçün lazımi addımları müzakirə ediblər:

"Rusiya tərəfi ilə liderlər səviyyəsində görüşə hazıram. Biz İsveçrənin belə bir görüşə ev sahibliyi etmək istəyini yüksək qiymətləndiririk. Bununla belə, Rusiyanın müharibəni dayandırmaq istəyini nümayiş etdirmək üçün indiyədək heç bir addım atılmadığını görürük".

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
525.az

2Mənbələr