AZ

Qazaxıstan prezidenti Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasından danışıb

Biz Birləşmiş Ştatlar Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq.

APA xəbər verir ki, bunu BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatda çıxışı zamanı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.

“Bu onu göstərir ki, hətta köklü münaqişələr də diplomatiya və sağlam düşüncə yolu ilə həll edilir. Bu prinsipi rəhbər tutan Qazaxıstan ardıcıl olaraq diplomatiyaya, gərginliyin azaldılmasına və gücdən daha çox dialoqa üstünlük verir”, - deyə o əlavə edib.

Seçilən
39
15
apa.az

10Mənbələr