1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Zorakılıq bəşəriyyətə 20 trilyon dollara başa gəlir, ona görə də döyüşkən zehniyyətin kökünü kəsmək lazımdır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
"Bu gün biz həyəcanverici reallıqla üzləşmişik. Silahlara nəzarət müqavilələri və onlarla birlikdə strateji sabitliyin əsasları məhv olur. 2024-cü ildə qlobal hərbi xərclər rekord həddə - 2,7 trilyon dollara çatıb. Zorakılıq bəşəriyyətə təxminən 20 trilyon dollara başa gəlir. Buna görə də etibarlı qlobal təhlükəsizlik arxitekturasının bərpası beynəlxalq ictimaiyyət üçün əsas prioritet olaraq qalmalıdır. Biz döyüşkən zehniyyətin kökünü kəsmək üçün çətin işə başlamalıyıq", - Tokayev qeyd edib.