AZ

Tayvanda daşqın fəlakəti: azı 14 nəfər həlak olub, onlarla insan itkin düşüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tayvanın Hualyan bölgəsində səddin dağılması nəticəsində azı 14 nəfər həyatını itirib, onlarla insan isə itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Focus Taiwan" məlumat yayıb.
Bildirilib ki, vaxtilə torpaq sürüşmələri nəticəsində yaranan göl "Raqasa" super tayfununun gətirdiyi güclü yağışlar səbəbindən yaranan daşqınlar fəlakətə yol açıb.
Suyun axını Quanfu qəsəbəsini tamamilə viran qoyub. Hazırda su çəkilsə də, küçələr qalın palçıq və tullantı təbəqəsi ilə örtülüb. Xilasetmə qrupları evləri bir-bir gəzərək axtarış aparırlar. İtkin düşənlərin dəqiq sayı məlum olmasa da, hakimiyyət orqanları təhlükəsizlik məqsədilə üç mindən çox insanı təxliyə edib.
Hualyan şəhərindən təxminən 40 km cənubda yerləşən Quanfuda daşqın suları həm də dəmiryol stansiyasını su altında qoyub, bir körpünü dağıdıb.
Qeyd edək ki, sürəti saniyədə 50 metrə çatan "Raqasa" super tayfunu sentyabrın 24-də Çinin Honq-Konq və Makao xüsusi inzibati rayonlarına zərbə endirib. Hazırda tayfun Quandun və Haynan əyalətlərinə, həmçinin Quansi-Çjuan muxtar rayonuna doğru irəliləyir. Sentyabrın 26-da onun Vyetnam və Kambocanın şimal bölgələrinə çatacağı, həmçinin Çinin Yunnan əyalətində də təsirinin hiss ediləcəyi gözlənilir.
Seçilən
68
50
oxu.az

10Mənbələr