AZ

Kamçatkada alimlər zəlzələyə baxmayaraq konfransa davam ediblər: "Yaxşı afterşok gəldi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kamçatkada zəlzələ alimlərin işinə mane olmayıb. Onlar yeraltı təkanların "müşayiəti ilə" sunamiyə dair konfrans keçiriblər.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti" Federal Tədqiqat Mərkəzindən məlumat verilib.
Məlumata görə, alimlərdən bir qadın səhnəyə çıxdığı zaman yeraltı təkanlar 6.1 bal gücünə çatıb, lakin o, sakit şəkildə təqdimatına davam edib.
"Yaxşı afterşok gəldi. Biz onu gözləyirdik", - deyə qadın bildirib.
"Kamçatka meqazəlzələsinin ocaq zonası konfrans iştirakçılarını 6.1 bal gücündə afterşok ilə qarşılayır. Tatyana Konstantinovna Pinegina sunami ilə bağlı təqdimatını sakitcə davam etdirir", - deyə alim qeyd edib.
Seçilən
479
22
oxu.az

10Mənbələr