İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda "Cəlilabad Şərab" və paytaxtdakı "Moda" ASC-lərin səhm paketləri, eləcə də 25 nəqliyyat vasitəsi satılıb.
"Cebheinfo.az" quruma istinadən xəbər verir ki, hərraca çıxarılan əmlaklara 74 sifariş olub. Start qiyməti 4 900 manat olan "Volkswagen Phaeton" markalı avtomobil 8 700 manata, 1 800 manat olan "UAZ" markalı avtomobil isə 3 718 manata satılıb. Hərraclarda səhm paketləri satılan səhmdar cəmiyyətlərinin və nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür.
Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından seçim edə bilərlər.
"Cebheinfo.az"