AZ

25 nəqliyyat vasitəsi özəlləşdirildi

Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda Cəlilabad rayonunda yerləşən "Cəlilabad Şərab" və paytaxtda olan “Moda” açıq səhmdar cəmiyyətlərinin səhm paketləri satılıb.

Bu barədə hafta.az dövlət xidmətinə istinadən xəbər verir.

Hərraca çıxarılan əmlaklara 74 sifariş olub. Start qiyməti 4.900 manat olan “Volkswagen Phaeton” markalı avtomobil 8.700 manata, 1.800 manat olan “UAZ” markalı avtomobil isə 3.718 manata satılıb.

Hərraclarda səhm paketləri satılan səhmdar cəmiyyətlərinin və nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.

Seçilən
2
6
hafta.az

10Mənbələr