Sentyabrın 24-də Moldovanın Rusiyadakı səfiri L.Darıyi Xarici İşlər Nazirliyinə çağırılıb.
AzPost bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Sentyabrın 28-də Moldova parlament seçkilərində Rusiya nümayəndələrini ATƏT/DTİHB-nin monitorinq missiyasında qısamüddətli müşahidəçi qismində, habelə Rusiya İctimai Palatasının üzvlərini beynəlxalq müşahidəçi qismində akkreditasiya etməkdən Moldova hakimiyyətinin əsassız imtinası ilə bağlı Moldova diplomatik missiyasının rəhbərinə kəskin etiraz edilib.
XİN hesab edir ki, bu addım Kişinyov tərəfindən beynəlxalq öhdəliklərinin, xüsusən də Moldova Respublikasının tərəfdar çıxdığı 1990-cı il ATƏM Kopenhagen Sənədi və 2002-ci il MDB-nin Demokratik Seçkilər, Seçki Hüquqları və Azadlıqları Standartları üzrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.
XİN bunu Moldova rəhbərliyinin anti-Rusiya siyasətinin növbəti təzahürü olduğunu bildirib.
ÜRəsmi Kişinyovun bu hərəkətləri qarşıdan gələn seçkilərin legitimliyinə və səsvermə prosedurunun şəffaflığına inamı ciddi şəkildə sarsıdır”-deyə bəyanatda vurğulanıb.