İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birlikdə araşdırmalara başlanılıb.
Yenisabah.az xəbər verir ki, agentlikdən oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, ilkin araşdırma zamanı hadisənin rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verdiyi məlum olub.
Hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək müvafiq müayinələr aparılır. Dördpendirli pizza
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcəyi qeyd olunub.
AQTA bir daha ev şəraitində hazırlanan qidaların istehlaka təqdim edilməsi zamanı saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini vurğulayıb.
Telegram kanalımız