AZ

Toydakı kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Agentlikdən bildirilib.

İlkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib. Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumat veriləcək.

Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır.

***18:11

İmişli rayonunda baş verən kütləvi zəhərlənmə şübhəsi ilə bağlı bəzi təfərrüat məlum olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki,, hadisə ötən gün rayonun Muradxanlı kəndində qeydə alınıb.

Belə ki, kənddə keçirilən kiçik toy mərasimində iştirak edənlərdən 18 nəfər zəhərlənmə şübhəsi ilə bu gün İmişli Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlar ürəkbulanma, qızdırma və ishal şikayətləri ilə xəstəxanaya müraciət ediblər. Zəhərlənmə şübhəsi olan şəxslərdən dördü azyaşlıdır.

Hazırda həmin şəxslərə tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
20
15
far.az

10Mənbələr