AZ

Ermənistan - Azərbaycan münasibətləri sabitlik və əməkdaşlıq üçün yeni səhifə ola bilər - Binəli Yıldırım

Ötən il Azərbaycanda, Bakıda keçirilən COP29 daha bir parlaq nümunədir.

Trend  xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol" adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, gələn il NATO gələcək planları üçün Türkiyənin paytaxtı Ankarada toplantı keçirəcək. "Bu, regional oyunçuların qlobal müzakirələrə ev sahibliyi edə biləcəyini göstərir. Orta Dəhliz, Zəngəzur dəhlizi kimi layihələr insanları mədəniyyət, iqtisadiyyat, bağlantı ətrafında birləşdirir. Bu layihələr BTC, TANAP, TAP və digərləri vasitəsilə Asiyanı Avropaya birləşdirir".

O bildirib ki, Ermənistan - Azərbaycan münasibətləri sabitlik və əməkdaşlıq üçün yeni səhifə ola bilər: "Bu nailiyyət təkcə milli maraqları təmin etmir, həm də regional inteqrasiyaya və iqtisadi inkişafa yol açır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
52
19
olaylar.az

10Mənbələr