Ermənistan-Azərbaycan münasibətləri sabitlik və əməkdaşlıq üçün yeni səhifə ola bilər.
Publika.az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı tədbirdə çıxışı zamanı deyib.
"Bu nailiyyət təkcə milli maraqları təmin etmir, həm də regional inteqrasiyaya və iqtisadi inkişafa yol açır", - B.Yıldırım bildirib.
O qeyd edib ki, gələn il NATO gələcək planları üçün Türkiyənin paytaxtı Ankarada toplantı keçirəcək: