AZ

İmişlidə zəhərlənənlərin sayı 50-ni keçdi - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

İmişlidə toyda zəhərlənənlərin sayı artıb.

Hafta.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 53 nəfər (4-ü uşaq olmaqla 21-i kişi, 3-ü uşaq olmaqla 32-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər (kişi cinsli) iltizamnaməsi alınaraq ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir”.

***

İmişli rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, 15 nəfər zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına müraciət edib.

Onlara ilkin tibbi yardım göstərilir.

Xəstəxanaya daxil olan şəxslərin eyni toyda iştirak etdiyi bildirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
17
13
hafta.az

10Mənbələr