Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Rusiya təyyarəsi təxribat törədərək Baltik dənizində Almaniya hərbi donanmasının freqatının üzərindən uçub".
"Ölkə.az" xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaqda çıxışı zamanı verib.
O qeyd edib ki, belə uçuşlar hərbi dairələrdə lazımsız təxribat kimi qiymətləndirilir.
Pistorius bu insidenti Rusiya dronlarının və döyüş təyyarələrinin Polşa və Estoniyanın hava məkanına müdaxiləsi ilə müqayisə edib.
Onun sözlərinə görə, Rusiya getdikcə daha çox və intensiv şəkildə hətta NATO ölkələrinə qarşı sərhədləri sınaqdan keçirir.
"Putin bizi sınayır, Putin NATO üzvü ölkələri təhrik etmək istəyir və o, NATO alyansındakı zəif nöqtələri aşkar edib istifadə etmək niyyətindədir," - nazir vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.