Sarayda avtomobil piyadanı vuraraq öldürüb.
Axar.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Heybət Talıb oğlu Əliyev idarə etdiyi "Volksvagen" markalı avtomobili ilə Saray qəsəbəsi ərazisində, "Novxanı-Sumqayıt" yolu ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1968-ci il təvəllüdlü Rəşid Zeydulla oğlu Fərzullayevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.