AZ

Sarayda avtomobil 57 yaşlı kişini vuraraq öldürdü

Sarayda avtomobil piyadanı vuraraq öldürüb.

Bizim.Media xəbər verir ki, 1981-ci il təvəllüdlü Heybət Talıb oğlu Əliyev idarə etdiyi "Volkswagen" markalı avtomobili ilə Saray qəsəbəsi ərazisində, Novxanı - Sumqayıt yolu ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1968-ci il təvəllüdlü Rəşid Zeydulla oğlu Fərzullayevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. (Report.az)

Bizim.Media

Seçilən
37
10
bizim.media

10Mənbələr