AZ

Talassemiyalı uşaqlar üçün yardımı mənimsəyənlər məhkəmədə uduzdular

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekinlaşıb.

News24.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, təqsirləndiriilən şəxslərin şikayəti təmin olunmayıb.

Zərərçəkən Aysel Abdullayeva və Kamil Əhmədovun şikayətləri isə qismən təmin olunub. Məhkəmə Aysel Abdullayevaya dəymiş mənəvi ziyana görə 1000 manat, Kamil Əhmədova isə 800 manat məbləğində vəsait ödənilməsi ilə bağlı qərar verib.

Xatırlaqdaq ki, Bakı Ağır Cinayət Məhkəməsinin hökmünə əsasən, Nuridə Seyidova 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay, Aysel Məmmədova 6 il 6 ay, Aynur Bayramova isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Məhkəmənij gedişində isə Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb. (APA) 


Seçilən
33
6
news24.az

10Mənbələr