AZ

Talassemiyalı xəstələrin pulunu mənimsəməkdə ittiham edilənlər barədə qərar verilib

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekinlaşıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, təqsirləndiriilən şəxslərin şikayəti təmin olunmayıb.

Zərərçəkən Aysel Abdullayeva və Kamil Əhmədovun şikayətləri isə qismən təmin olunub. Məhkəmə Aysel Abdullayevaya dəymiş mənəvi ziyana görə 1000 manat, Kamil Əhmədova isə 800 manat məbləğində vəsait ödənilməsi ilə bağlı qərar verib.

Xatırlaqdaq ki, Bakı Ağır Cinayət Məhkəməsinin hökmünə əsasən, Nuridə Seyidova 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay, Aysel Məmmədova 6 il 6 ay, Aynur Bayramova isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Seçilən
9
6
aznews.az

10Mənbələr