AZ

“Şəki Sağlamlıq Günləri”keçirilib


25–27 sentyabr tarixlərində Şəkidə ilk dəfə "Sağlamlıq Günləri" keçirilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun(ETKİ) təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə 25–27 sentyabr tarixlərində Şəki şəhərində ilk dəfə "Şəki Sağlamlıq Günləri" təşkil olunub. Baki-xeber.com xəbər verir ki, üç gün davam edən proqram çərçivəsində bir sıra mühüm tədbirlər həyata keçirildi. İlk gün 25 sentyabr tarixində şəhid və qazilərin ailə üzvləri üçün ödənişsiz tibbi müayinələr aparıldı. 26 sentyabrda Heydər Əliyev Mərkəzində Səhiyyə Nazirliyi tərəfindən 9 DTT balı ilə qiymətləndirilən "Ürək müdaxilələrinə gətirən yol: göstərişlər və qərar mexanizmləri" mövzusunda elmi konfrans öz işinə başlayıb. Konfransda Şəki Raypn İcra Hakimiyyəti, Şəki rayon Mərkəzi xəstəxanası və digər dövlət qurumlarının rəhbərləri, ölkənin aparıcı kardioloqları və beynəlxalq ekspertlər iştirak edirlər. Çıxışçılar ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsində tətbiq olunan müasir yanaşmaları təqdim edirlər. Konfransın açılış mərasimində çıxış edən ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova bildirdi ki, bu gün ilk dəfə olaraq Şəkidə belə genişmiqyaslı sağlamlıq günləri keçirilir. Məqsəd region əhalisinə daha yaxın olmaq, tibbi xidmətlərin əlçatanlığını artırmaq və ən son elmi nailiyyətləri birbaşa həkimlərimiz və vətəndaşlarımızla paylaşmaqdır. Daha sonra Səhiyyə Nazirliyi Səhiyyə Siyasəti Şöbəsinin müdiri Ramik Quliyev isə öz çıxışında qeyd etdi ki,regionlarda keçirilən bu cür təşəbbüslər dövlətin səhiyyə siyasətinin əsas istiqamətlərindən biridir. Səhiyyə hədəfi sağlam həyat tərzinin təşviqi, profilaktik tədbirlərin gücləndirilməsi və hər bir vətəndaşın keyfiyyətli tibbi yardıma çıxışının təmin edilməsidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri, professor Hikmət İbrahimli isə çıxışında vurğuladı ki, Sağlamlıq Günləri təkcə tibbi tədbir deyil, həm də dövlətin vətəndaş qarşısında məsuliyyətinin göstəricisidir. Səhiyyə qurumları birlikdə çalışaraq regionlarda əhalinin sağlamlığını qorumaq, daha keyfiyyətli tibbi xidmətlər təqdim etmək üçün addımlar atır. Tədbirin sonuncu günü – 27 sentyabrda isə Anım Günü münasibətilə "Şəhidlər xiyabanı" ziyarət olunub və şəhidlərin xatirəsi ehtiramla yad olunacaq. İlk dəfə keçirilən "Şəki Sağlamlıq Günləri" yalnız Şəki şəhərini deyil, həm də Qax, Balakən, Zaqatala, Qəbələ, Oğuz, Mingəçevir və Ağdaş rayonlarını əhatə edərək, regionlarda sağlam həyat tərzinin təşviqi və tibbi maarifləndirmənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Günel CƏLİLOVA

Seçilən
4
3
baki-xeber.com

4Mənbələr