Bakı. Trend:
Prezident İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT BaşAssambleyasının 80-ci sessiyasındakı çıxışında bu çağırışı etdi:“Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətinselektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcəsözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünyaquraq”.
Prezident İlham Əliyevin bu çağırışı yalnız bu gün ilə bağlıdeyil. Azərbaycan dövlətinin başçısı 30 illik işğal dövründə ənyüksək tribunalardan, o cümlədən BMT Baş Assambleyasınınsessiyalarından mütəmadi olaraq bu kimi bəyanatları səsləndirirdi.Amma “nədənsə” bu çağırışlar eşitməzlikdən, reallıqlar isəgörməzlikdən gəlinirdi. Ədalətin və beynəlxalq hüququn tərəfindəolan, daim bütün münaqişəli məsələlərin bu prinsiplər əsasındahəllinə çağırışlar edən, ən əsası müharibə şəraitində yaşayan birölkə üçün dünyaya ədalət çağırışının edilməsi özündə bütünməqamları ehtiva edir. Torpaqlarının 20 faizi işğal altında, birmilyondan çox soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayanAzərbaycan 27 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsininicrasını gözlədi. Hansı ki, həmin qətnamələrin qəbulunda iştirakedən ölkələrdən üçü-ABŞ, Fransa və Rusiya 1992-ci ildə keçmişQarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinəyetirmək məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrölkələri idi.
Həmin qətnamələrdə Qarabağın Azərbaycanın ayrılmaz tərkibhissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdənqeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapmışdı. Lakinbütün bunlara baxmayaraq, bəzi dünya gücləri işğalçını adı iləçağırmaqdan imtina etdilər və belə bir gülünc yanaşma ortayaqoydular ki, guya bu, birtərəflilik kimi dəyərləndirilər vəmünaqişənin həlli prosesinə mənfi təsir göstərər. Həmin güclərunutdular ki, onların özü ədaləti və beynəlxalq hüququ maraqlarınaqurban verməklə problemlərin həlli prosesinin uzanmasına səbəbolurlar. Reallıq bu idi ki, onlar münaqişənin həllində deyil, onundondurulmasında maraqlı idilər. Prezident İlham Əliyev sözügedənçıxışında da bu məsələlərə xüsusi diqqət yönəldərək bildirdi ki,uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiştəcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu günisə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixindəyeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan,sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyevinhər bir çıxışı Azərbaycan reallıqlarının, dövlətimizin regionda vədünyada möhkəmlənən mövqeyinin təqdimatında əhəmiyyətli roloynayır. Beş il bundan öncə - 2020-ci ilin bu günlərində Prezidentİlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışındaErmənistanın yeni ərazilər uğrunda müharibə planından bəhs etdiyihalda, bu gün 80-cı sessiyada otuz ilə yaxın müddətdə davam edənsəmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycanın BMTNizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiəhüququndan istifadə etməyə məcbur olduğunu diqqətə çatdırdı.Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistikraketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çoxgünahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isəmüharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı.Mülki şəxslərin mühafizəsi təmin edildi, qeyri-hərbi infrastrukturhədəfə alınmadı. 44 günlük Vətən müharibəsi zamanı SilahlıQüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanınərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasınınmüvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. 2020-ci il noyabrın10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın davamedən işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimitarixə düşdü. Azərbaycan Zəfərlə bitən müharibədən dərhal sonraərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınmasıəsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazırolduğunu bəyan etdi.
Vüqar Rəhimzadə qeyd edib ki, regionda sülh gündəliyininmüəllifi Azərbaycandır. Ölkəmiz beynəlxalq hüquqa əsaslanan beştəməl prinsipi irəli sürdü, sülh müqaviləsi layihəsini Ermənistanatəqdim etdi. Azərbaycanın təşəbbüsü ilə layihə mətni üzrə 2022-ciilin oktyabrından 2025-ci ilin yayına qədər danışıqlar prosesidavam etdi. Bu il avqustun 8-də Vaşinqtonda - Ağ Evdə ABŞ,Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın vəErmənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətniniparafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Başnaziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da busənədə şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan vəErmənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmişmexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarınınbağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbuletdi. Ümumilikdə Prezident İlham Əliyevin avqust ayında ABŞ-aişgüzar səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyətdaşıyır. Ölkə Prezidenti çıxışında Azərbaycan-ABŞ münasibətlərindəyeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıqsəviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistanarasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampatəşəkkür etdi.
Milli Məclisin deputatı bildirib ki, Prezident İlham Əliyevçıxışında əsas diqqət göstərdiyi məsələlərdən biri də enerjitəhlükəsizliyi oldu. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinintəminatına töhfələri davamlılığı ildə diqqətdədir. Ölkəmiz etibarlıvə əvəzolunmaz tərəfdaşa çevrilib. Azərbaycan şaxələndirilmiş neftvə qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlarabirləşdirilməsində strateji rol oynayır. Prezident İlham ƏliyevAzərbaycanın hazırda 14 ölkəyə təbii qaz ixrac etdiyini, borukəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyadabirinci yeri tutduğunu açıqladı. Bu, Avropada və onun hüdudlarındankənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizatmarşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əksetdirir. Bundan əlavə, son vaxtlar Azərbaycan və Suriya enerjitəchizatı, infrastrukturun inkişafı və münaqişədən sonrayenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığıgücləndirib. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindənSuriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da dostölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədəazaldıb. Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisikimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir.2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizibərpaolunan mənbələr hesabına təmin ediləcək.
Vüqar Rəhimzadə hazırda azad edilmiş ərazilərimizdə geniş miqyasalan bərpa-quruculuq işlərinin Azərbaycanın iqtisadi imkanlarınıntəqdimatında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki,Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonraazad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına startverdi. Prezident İlham Əliyev çıxışında bu reallıqları da diqqətəçatdırdı ki, Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimiziyerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbicinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunanErmənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd vəşəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsindəartıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyirvə təhsil alır.
Milli Məclisin deputatı ərazi bütövlüyümüzün və suverenliyimizinbərpası fonunda Azərbaycanın yeni dövrə qədəm qoymasından, hazırkıdövrün əsas çağırışlarından və hədəflərindən bəhs edib. Bildiribki, dövlətimizin başçısının vurğuladığı kimi, biz həm müharibəniudduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinəbaşladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülhde-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağahazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnızAzərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququnsonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Bizimbaxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh vəinkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmətvə əməkdaşlıqdır.