ain.az bildirir, Lent az saytına əsaslanaraq.
Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, rayonunun Hülövlü kənd sakini Tural İskəndərovun idarə etdiyi, "Toyota Pajero" markalı avtomobil idarəetmədən çıxaraq Ağçayın üzərindən çayın içərisinə aşıb. İlkin məlumata görə, 6 nəfər yaralanıb.
Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.(APA)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.