AZ

Xaçmazda avtomobil aşıb, yaralananlar var

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, rayonunun Hülövlü kənd sakini Tural İskəndərovun idarə etdiyi, “Toyota Pajero” markalı avtomobil idarəetmədən çıxaraq Ağçayın üzərindən çayın içərisinə aşıb. İlkin məlumata görə, 6 nəfər yaralanıb.

Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
28
10
konkret.az

10Mənbələr