AZ

Bu ərazilərdə evlər ucuzlaşır - Video 

Yeni Günəşlidə evlər bahalaşır, Xırdalan və Masazırda isə ucuzlaşır...

Poliqon Xəzər TV-yə istinadən bildirir ki, elan saytlarında paytaxtın Suraxanı rayonu ərazisində, xüsusən də Yeni Günəşli qəsəbəsində daşınmaz əmlakın qiymətində nəzərəçarpacaq qədər qiymət artımı müşahidə olunur. Hətta sözügedən ərazidə metrostansiyasının açılması ilə bağlı məlumatlar dərc olunduqdan sonra mənzillərin qiymətində 5-10 min manat aralığında artım müşahidə olunur. Hazırda Yeni Günəşli qəsəbəsində daşınmaz əmlakın qiyməti 50 -800 min manat arası dəyişir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Yeni Günəşli qəsəbəsində xüsusən ipoteka predmetinə çevrilən daşınmaz əmlakın qiymətində 10 faiz artım müşahidə olunur və ilin sonunadək 18 faiz artacağı proqnozlaşdırılır.

Xırdalan və Masazır ərazilərində isə qiymətin əksinə düşməsi müşahidə olunur. Hazırda Masazır qəsəbəsində daşınmaz əmlakın qiyməti 26-270 min manat, Xırdalan ərazisində isə 23-250 min manat arası dəyişir.

Elnur Fərzəliyevin sözlərinə görə, buna səbəb mənzil və fərdi yaşayış evlərinin kütləvi satışa çıxarılmasıdır.

 
Elnur Fərzəliyev əlavə edib ki, insanların sıx məskunlaşdığı və tıxac olan ərazilərdə daşınmaz əmlak qiymətlərinin enməsi bundan sonra da gözləniləndir.

Daha ətraflı videomaterialı təqdim edirik. 

poliqon.info

Seçilən
2
6
poliqon.info

7Mənbələr