AZ

Bakının bu ərazilərində evlər ucuzlaşır

Yeni Günəşlidə evlər bahalaşır, Xırdalan və Masazırda isə ucuzlaşır.

Elan saytlarında paytaxtın Suraxanı rayonu ərazisində, xüsusən də Yeni Günəşli qəsəbəsində daşınmaz əmlakın qiymətində nəzərəçarpacaq qədər qiymət artımı müşahidə olunur. Hətta sözügedən ərazidə metrostansiyasının açılması ilə bağlı məlumatlar dərc olunduqdan sonra mənzillərin qiymətində 5-10 min manat aralığında artım müşahidə olunur. Hazırda Yeni Günəşli qəsəbəsində daşınmaz əmlakın qiyməti 50 -800 min manat arası dəyişir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Yeni Günəşli qəsəbəsində xüsusən ipoteka predmetinə çevrilən daşınmaz əmlakın qiymətində 10 faiz artım müşahidə olunur və ilin sonunadək 18 faiz artacağı proqnozlaşdırılır.

Seçilən
1
6
azpost.info

7Mənbələr