AZ

Sübhanidən ağlasığmaz təxribat: Azərbaycanın bu rayonuna göz dikdi

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İranın Ermənistandakı sabiq səfiri Mehdi Sübhani “Sülh Qovşağı” layihəsinə dair açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İrna” məlumat yayıb.

Sübhani bildirib ki, əgər Ermənistan vasitəsilə Naxçıvanın Azərbaycana quru əlaqəsi yaradılarsa, bunun qarşılığında Ermənistanın da Culfa istiqamətində İranla əlaqəsi yarana bilər:

“Naxçıvan Ermənistan vasitəsilə quru yolla Azərbaycana birləşə bilərsə, o zaman Ermənistan da Yerax və Culfa üzərindən İrana birləşə bilər”.

Səfirin sözlərinə görə, guya əsas risk layihənin qismən həyata keçirilməsidir:

“Risk o vaxt olar ki, “Sülh Qovşağı” layihəsinin bir hissəsi həyata keçirilsin, digər hissəsi isə həyata keçirilməsin — yəni bəzi yollar istifadə olunsun, digər hissəsi istifadəsiz qalsın”.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
4
globalinfo.az

5Mənbələr