Hurriyyet.az xəbər verir ki, bu barədə “İrna” məlumat yayıb.
Sübhani bildirib ki, əgər Ermənistan vasitəsilə Naxçıvanın Azərbaycana quru əlaqəsi yaradılarsa, bunun qarşılığında Ermənistanın da Culfa istiqamətində İranla əlaqəsi yarana bilər:
“Naxçıvan Ermənistan vasitəsilə quru yolla Azərbaycana birləşə bilərsə, o zaman Ermənistan da Yerax və Culfa üzərindən İrana birləşə bilər”.
Səfirin sözlərinə görə, guya əsas risk layihənin qismən həyata keçirilməsidir:
“Risk o vaxt olar ki, "Sülh Qovşağı” layihəsinin bir hissəsi həyata keçirilsin, digər hissəsi isə həyata keçirilməsin — yəni bəzi yollar istifadə olunsun, digər hissəsi istifadəsiz qalsın”. \Globalinfo.az