1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Bu gün Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuzun Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatı ilə 44 günə 30 il işğalda qalmış torpaqlarımızı azad etdiyi tarixin başlanğıcıdır. Mən bu günü həm kədər, həm də sevinclə qarşılayıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında şəhid kapitan Vüqar Nəcəfovun atası Aydın Nəcəfov deyib.
O bildirib ki, bu gün torpaq həsrətimizə son qoyulmasına başlanıldığı gündür:
"Mən bir şəhid atası kimi fəxr edirəm ki, belə oğullar böyütmüşük. Onlar ərazilərimizi işğaldan azad etməklə başımızı uca etdilər. Bu gün Prezidentimiz BMT tribunasından qalib ölkənin lideri kimi öz sözünü deyir. Bu gün hamımız hər yerdə başıuca gəzirik. Şəhidlərimiz bizi dünyaya tanıtdılar. 27 Sentyabr belə bir uğurlu tarixdir.
Çoxları deyirlər ki, sentyabr bizim üçün "qara ay"dır, amma mən əksini düşünür və bu ayın "fəxr ayı" olduğunu deyirəm. Çünki bu gün azadlığa gedən yolun başladığı aydır. Bununla ancaq fəxr etmək lazımdır. Nə qədər ki, bizim belə məğrur xalqımız və Prezidentimiz var, deməli, bizim dövlətimiz zaval görməyəcək. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin, Prezidentimizi, ordumuzu və xalqımızı qorusun".
Samir Əli