AZ

“Fikrimcə, “Sabah” “Neftçi”dən güclü rəqibdir” – Saşa İliç

“Sabah” Azərbaycan Premyer Liqasının 6-cı turunda öz meydanında “Sumqayıt”la bərabərə qalıb -1:1.

Msport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Saşa İliç mətbuat konfransına çıxıb. Serbiyalı mütəxəssis əvvəlcə oyun haqda danışıb:

“”Çox çətin oyun oldu. Bu gün bir xal qazandıq. Ötən turda isə xallar itirmişdik. Düzdür, ayrı-ayrı oyunlardır. Sadəcə fikrimcə, “Sabah” “Neftçi”dən güclü rəqibdir”.

– Hesab etmirsiz ki, futbolçularınız həddən artıq yerdə qalırdı? Hər halda, onlar bunu edərək, öz komanda yoldaşlarının konsentrasiyasını da pozurdu…

– Oyun epizodlarıdır, olan şeylərdir. Burada qeyri-adi heç nə yoxdur. Bu cür güclü rəqiblərlə oyunda mütləq qol şanslarından istifadə etməlisən. Futbolçularımdan razıyam. Sona qədər də çalışdılar.

– Hakim haqda fikriniz necədir?

– O barədə danışmaq istəmirəm.

– “Sumqayıt” son matçda “Neftçi”yə uduzmuşdu və komanda enişdə idi. “Sabah”la matçdakı bərabərlik dönüş nöqtəsi ola bilər?

– “İmişli” və “Neftçi” ilə matçda biz daha güclü idik və qələbəyə daha yaxın olduq. Amma “Sabah”la görüşdə onlar bizdən qat-qat güclü idi. Çalışırıq, davam edirik. Hələ görüləsi işlərimiz var. Tam formaya düşməyən futbolçularımız da var. İşimizi görürük.

Seçilən
15
7
msport.az

9Mənbələr