"Çox çətin oyun oldu. Bu gün bir xal qazandıq. Ötən turda isə xallar itirmişdik. Düzdür, ayrı-ayrı oyunlardır. Sadəcə fikrimcə, "Sabah" güclü rəqibdir, nəinki "Neftçi".
İdman.biz xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 6-cı turunun "Sabah"la(1:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Hesab etmirsiz ki, futbolçularınız həddən artıq yerdə qalırdı? Hər halda, onlar bunu edərək, öz komanda yoldaşlarının konsentrasiyasını da pozurdu...
- Oyun epizodlarıdır, olan şeylərdir. Burada qeyri-adi heç nə yoxdur. Bu cür güclü rəqiblərlə oyunda mütləq qol şanslarından istifadə etməlisən. Futbolçularımdan razıyam. Sona qədər də çalışdılar.
- Hakim haqda fikriniz necədir?
- O barədə danışmaq istəmirəm.
- "Sumqayıt" son matçda "Neftçi"yə uduzmuşdu və komanda enişdə idi. "Sabah"la matçdakı bərabərlik dönüş nöqtəsi ola bilər?
- "İmişli" və "Neftçi" ilə matçda biz daha güclü idik və qələbəyə daha yaxın olduq. Amma "Sabah"la görüşdə onlar bizdən qat-qat güclü idi. Çalışırıq, davam edirik. Hələ görüləsi işlərimiz var. Tam formaya düşməyən futbolçularımız da var. İşimizi görürük.