La Liqanın 7-ci turunda “Barselona” öz meydanında “Real Sosyedad”ı qəbul edib.
QOL.az xəbər verir ki, görüş “Olimpik Lluís Kompanis” stadionunda keçirilib və kataloniyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 31-ci dəqiqədə qonaqların futbolçusu Alvaro Odriosola açıb. 43-cü dəqiqədə Jül Kunde tarazlığı bərpa edib. Qələbə qolunu isə 59-cu dəqiqədə Robert Levandovski vurub.
Qeyd edək ki, bu nəticədən sonra “Barselona” 19 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib. 5 xalı olan “Real Sosyedad” isə 17-ci pillədə qərarlaşıb.