AZ

“Barselona” qələbə ilə liderliyə yüksəldi

La Liqanın 7-ci turunda “Barselona” öz meydanında “Real Sosyedad”ı qəbul edib. 

“İki sahil” xəbər verir ki, görüş “Olimpik Lluís Kompanis” stadionunda keçirilib və kataloniyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Oyunda hesabı 31-ci dəqiqədə qonaqların futbolçusu Alvaro Odriosola açıb. 43-cü dəqiqədə Jül Kunde tarazlığı bərpa edib. Qələbə qolunu isə 59-cu dəqiqədə Robert Levandovski vurub.

Qeyd edək ki, bu nəticədən sonra “Barselona” 19 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib. 5 xalı olan “Real Sosyedad” isə 17-ci pillədə qərarlaşıb.

Seçilən
5
1
ikisahil.az

2Mənbələr