AZ

Neftçalada motosiklet divara çırpılıb - ölən var

Neftçalada motosiklet daş lövhəyə çırpılıb.

Bakıvaxtı.az xəbər verir ki, 1979-cu il təvəllüdlü Fərəcov Ərziman Məmmədtağı oğlu sürücülük hüququ olmadan idarə etdiyi "Planet 5" markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə Aşağı Surra kəndi ərazisində idarəetməni itirərək yolun kənarında olan daş lövhəyə çırpılıb.

Nəticədə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Seçilən
9
9
bakivaxti.az

10Mənbələr