AZ

Motosiklet divara ÇIRPILDI: Ölən var

Ajans.az xəbər verir ki, 1979-cu il təvəllüdlü Ərziman Məmmədtağı oğlu Fərəcov sürücülük hüququ olmadan idarə etdiyi "Planet 5" markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə Neftçala-Salyan avtomobil yolunun Neftçala rayonu, Aşağı Surra kəndindən keçən hissəsində idarəetməni itirərək yolun kənarında olan daş lövhəyə çırpılıb. Nəticədə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır./oxu.az

Seçilən
3
9
Ajans.az

10Mənbələr