AZ

İqbal Ağazadə: Çox təəssüf ki, o çıxışı bu gün israrla paylaşırlar...

News24 saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə illər öncə Əməkdar artist Cabir İmanovla bağlı söylədiyi fikrin yenidən gündəmə gəlməsinə münasibət bildirib. 

News24.az xəbər verir ki, İqbal Ağazadə bununla bağlı sosial media hesabından paylaşım edərək yazıb: 

" Bu gün Əməkdar artist, ŞHK-nun istedadlı aktyoru Cabir İmanov vaxtsız dünyasını dəyişdi. Cabir İmanovun ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüznlə başsağlığı verirəm, qəbri nurla dolsun, Allah rəhmət etsin. 

2018-ci ildə mərhum Cabir İmanov haqqında bir çıxışım var, çox təəssüf ki, o çıxışı bu gün yenidən sosial şəbəkə istifadəçiləri israrla paylaşırlar. 

 Olanlar acı bir tarixdir, lakin gənc yaşında dünyasını dəyişmiş istedadlı aktyorun ölüm günü belə hadisələri xatırlatmaq , məncə , məqsədəuyğun və etik deyil.

Allah Cabir İmanova rəhmət etsin.

 Mən heç zaman vəzifədən çıxarılan kiminsə arxasınca danışmamışam,kresloda olarkən irad və tənqidlərimi açıq bildirmişəm.

Dünyasını dəyişənlərə isə yalnız rəhmət diləyirəm, nəinki ölümündən sonra nəsə danışmaq..."

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
6
news24.az

7Mənbələr