AZ

İqbal Ağazadə: “Olanlar acı bir tarixdir, lakin Cabir İmanovun ölüm günü belə hadisələri xatırlatmaq məqsədəuyğun və etik deyil”

“Əməkdar artist, istedadlı aktyor Cabir İmanovun ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüznlə başsağlığı verirəm, qəbri nurla dolsun, Allah rəhmət eləsin. 2018-ci ildə mərhum Cabir İmanov haqqında bir çıxışım var, çox təəssüf ki, o çıxışı bu gün yenidən sosial şəbəkə istifadəçiləri israrla paylaşırlar. Olanlar acı bir tarixdir, lakin gənc yaşında dünyasını dəyişmiş istedadlı aktyorun ölüm günü belə hadisələri xatırlatmaq, məncə, məqsədəuyğun və etik deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.

 

“Mən heç zaman vəzifədən çıxarılan kiminsə arxasınca danışmamışam, kresloda olarkən irad və tənqidlərimi açıq bildirmişəm. Dünyasını dəyişənlərə isə yalnız rəhmət diləyirəm, nəinki ölümündən sonra nəsə danışmaq...” – o qeyd edib.

Tarix: 30 Sentyabr 2025, 00:32   
Seçilən
6
6
pravda.az

7Mənbələr