AZ

Məktəb avtobusları avtobus zolaqlarına daxil ola biləcək?

Azərbaycanda oktyabrın 1-dən istifadəyə veriləcək məktəb avtobuslarının avtobus zolaqlarına daxil olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, məktəb avtobusları avtobus zolaqlarına daxil ola bilməyəcək. pizza hut

Məlumata əsasən, avtobus zolaqlarında yalnız müntəzəm avtobus marşrutları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər.

Xatırladaq ki, bu gün elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayacaq. O qeyd edib ki, layihə çərçivəsində ilkin mərhələdə təxminən 1 200 uşaq əhatə olunacaq.


Telegram kanalımız
Seçilən
5
14
yenisabah.az

10Mənbələr