AZ

İqbal Ağazadə: “Olanlar acı bir tarixdir, lakin Cabir İmanovun ölümü...

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Əməkdar artist, istedadlı aktyoru Cabir İmanov vaxtsız dünyasını dəyişib. Cabir İmanovun ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüznlə başsağlığı verirəm, qəbri nurla dolsun, Allah rəhmət etsin. 2018-ci ildə mərhum Cabir İmanov haqqında bir çıxışım var, çox təəssüf ki, o çıxışı bu gün yenidən sosial şəbəkə istifadəçiləri israrla paylaşırlar".Reyting.az xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə sosial media hesabında yazıb.Onun sözlərinə görə, olanlar acı bir tarixdir, lakin gənc yaşında dünyasını dəyişmiş istedadlı aktyorun ölüm günü belə hadisələri xatırlatmaq məqsədəuyğun və etik deyil: "Allah Cabir İmanova rəhmət etsin. Mən heç zaman vəzifədən çıxarılan kiminsə arxasınca danışmamışam,kresloda olarkən irad və tənqidlərimi açıq bildirmişəm. Dünyasını dəyişənlərə isə yalnız rəhmət diləyirəm, nəinki ölümündən sonra nəsə danışmaq...".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
16
reyting.az

3Mənbələr