AZ

Tramp özünü təkcə 45 və 47-ci deyil, həm də ABŞ-ın 46-cı prezidenti adlandırıb

Donald Tramp özünü ABŞ-ın təkcə 45-ci və 47-ci deyil, həm də 46-cı prezidenti adlandırıb...

APA xəbər verir ki, Tramp bu haqda ABŞ Silahlı Qüvvələrinin ali komandanlığına müraciət edərkən deyib.

"Mən 45-ci, 46-cı və 47-ci ABŞ lideriyəm. Bəli, əgər bu barədə düşünsək. Sadəcə istəmirəm ki, 46-cını mənim hesabıma yazsınlar.", - o bildirib.

Qeyd edək ki, Tramp 2017-2021-ci illərdə vəzifədə olub. O, 2020-ci ilin noyabrında keçirilən seçkilərdə ABŞ-ın 46-cı prezidenti olmuş Co Baydenə uduzub. Bununla belə, Tramp hələ də həmin seçkidəki məğlubiyyətini şübhə altına alır.

Poliqon.info

 

Seçilən
9
5
poliqon.info

6Mənbələr