Donald Tramp özünü ABŞ-ın təkcə 45-ci və 47-ci deyil, həm də 46-cı prezidenti adlandırıb.
Redaktor.az xəbər verir ki, Tramp bu haqda ABŞ Silahlı Qüvvələrinin ali komandanlığına müraciət edərkən deyib.
"Mən 45-ci, 46-cı və 47-ci ABŞ lideriyəm. Bəli, əgər bu barədə düşünsək. Sadəcə istəmirəm ki, 46-cını mənim hesabıma yazsınlar.", - o bildirib.
Qeyd edək ki, Tramp 2017-2021-ci illərdə vəzifədə olub. O, 2020-ci ilin noyabrında keçirilən seçkilərdə ABŞ-ın 46-cı prezidenti olmuş Co Baydenə uduzub. Bununla belə, Tramp hələ də həmin seçkidəki məğlubiyyətini şübhə altına alır.