AZ

Baş prokuror: Rusiyada azərbaycanlılara qarşı zorakılıq və işgəncə faktları xüsusi araşdırılır

Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı Azərbaycan Prokurorluğu ilə yanaşı, Rusiya Prokurorluğunda da araşdırma aparılır.

NOCOMMENT.az “Report”- a istinadən bildirir ki,  bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, Rusiyada azərbaycanlılara münasibətdə zor tətbiq edilməsi və işgəncə verilməsi faktları ilə əlaqədar xüsusi istintaq aparılır:

“Əməliyyat tədbirləri zamanı azərbaycanlılara qarşı əsaslı güc tətbiq edilməsi və işgəncə verilməsi faktları ilə bağlı Rusiya ilə əməkdaşlıq edirik. Bu istintaqın da qanuni və məntiqli nəticəsinin olacağına inanıram”.

Seçilən
8
11
nocomment.az

10Mənbələr