AZ

Baş prokuror: "Rusiyada azərbaycanlılara qarşı zor tətbiqi və işgəncə faktları xüsusi araşdırılır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı Azərbaycanın Baş Prokurorluğu ilə yanaşı, Rusiya Baş Prokurorluğunda da araşdırma aparılır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, Rusiyada azərbaycanlılara münasibətdə zor tətbiq edilməsi və işgəncə verilməsi faktları ilə əlaqədar xüsusi istintaq aparılır:
"Əməliyyat tədbirləri zamanı azərbaycanlılara qarşı əsaslı güc tətbiq edilməsi və işgəncə verilməsi faktları ilə bağlı Rusiya ilə əməkdaşlıq edirik. Bu istintaqın da qanuni və məntiqli nəticəsinin olacağına inanıram".
Seçilən
21
11
oxu.az

10Mənbələr