1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişdiyi hissədə yaşanan problem haqqında məlumat verilib.
Qeyd edilib ki, kəsişməyə Azadlıq prospektindən daxil olanda "Yol ver" nişanı görünür, məcburedici nişan isə ağacların arxasında gizlədilib.
"Yerdə də 1.11 üfüqi nişanlanma xətti demək olar ki, silinib. Nəticədə, kəsişməyə sağdan daxil olanlar dərhal sola çıxır və eyni manevri soldakılar da edəndə qəza şəraiti yaranır", - deyə əlavə edilib.
O da vurğulanıb ki, kəsişmənin yaxınlığında - körpünün altından piyadalar üçün keçid nəzərdə tutulsa da, oraya birləşən nizamlanan bərabərsəviyyəli piyada keçidi yoxdur. Bu ərazidə uşaqlarla hərəkət etmək xüsusilə təhlükəlidir.
Ətraflı süjetdə: