AZ

Bakının məşhur prospektlərinin kəsişməsində gizlənmiş nişan: Sürücülər qəza riski ilə üz üzədirlər

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişdiyi hissədə yaşanan problem haqqında məlumat verilib.

Qeyd edilib ki, kəsişməyə Azadlıq prospektindən daxil olanda "Yol ver" nişanı görünür, məcburedici nişan isə ağacların arxasında gizlədilib.

"Yerdə də 1.11 üfüqi nişanlanma xətti demək olar ki, silinib. Nəticədə, kəsişməyə sağdan daxil olanlar dərhal sola çıxır və eyni manevri soldakılar da edəndə qəza şəraiti yaranır", - deyə əlavə edilib.

O da vurğulanıb ki, kəsişmənin yaxınlığında - körpünün altından piyadalar üçün keçid nəzərdə tutulsa da, oraya birləşən nizamlanan bərabərsəviyyəli piyada keçidi yoxdur. Bu ərazidə uşaqlarla hərəkət etmək xüsusilə təhlükəlidir.

Ətraflı süjetdə:

Bakının məşhur prospektlərinin kəsişməsində gizlənmiş nişan: Sürücülər qəza riski ilə üz-üzədirlər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
2
oxu.az

3Mənbələr