AZ

ABŞ İranla bağlı yeni sanksiyalar tətbiq etdi

ABŞ İranın hərbi proqramlarını dəstəklədiyi üçün digər ölkələrdən olan şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edir.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran, Çin, Almaniya, Portuqaliya və Uruqvaydan olan 30-dan çox fiziki və hüquqi şəxsi müəyyən edib.

Onların hamısı kütləvi qırğın silahlarının yayılması ilə bağlı proqramlarda və ixrac nəzarətinə məruz qalan fəaliyyətlərdə iştirakda şübhəli bilinirlər.

ABŞ-nin maliyyə naziri Skot Bessentin bəyanatına görə, sanksiyalar BMT Təhlükəsizlik Şurasının İrana qarşı təsdiq etdiyi sanksiyaların yenidən qüvvəyə minməsinə dəstək məqsədilə tətbiq edilib. O vurğulayıb ki, Vaşinqton İranın ballistik raket və hərbi təyyarə proqramlarını dəstəkləyən İranın silah tədarükü şəbəkələrini hədəfləyir.

Seçilən
14
9
manset.az

10Mənbələr